Güney Azərbaycanda səhiyyə əməkdaşları işdən çıxarılıb

2020-05-03

GünAz TV: Güney Azərbaycanın Həştəri (Həştrud) şəhərində yerləşən “İmam Hüseyn” xəstəxanasının bir qrup əməkdaşı işdən çıxarılıb.

 

 

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, işçilər xəstəxananı idarə edən şirkət tərəfindən işdən qovulub.

 

 

Qeyd edək ki, 2019-ci il  sentyabrın 26-da həmin xəstəxananın işçiləri maaşlarının ödənilməməsi və iş şərtlərinin ağır olduğuna görə etiraz aksiya keçiriblər.

 

 

Həştrud Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan “İSNA” xəbər agentliyinə verdiyi müsahibədə xəstəxana əməkdaşlarının işdən qovulması məsələsinin “ciddi şəkildə” araşdırılacağını deyib.

 

 

“Bu şirkət tərəfindən işçilərin ödənişləri ilə əlaqəli qanun pozuntuları baş verməsinə dair sübutlar mövcud olsa, məsələ ilə qanuni şəkildə məşğul olacağıq”- deyə o artırıb.

 

 

İran rəsmilərinin dediyinə görə, Şərqi Azərbaycan əyalətində ən yüksək işsizlik səviyyəsi Həştəridə qeydə alınıb. Statistik məlumata görə, bu şəhər əyalətdə ən çox köçə məruz qalan şəhərdir.

 

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq mövcuddur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir. İşsizlikdən əziyyət çəkən əhali doğma vətənlərini tərk edərək İranın mərkəzi şəhərlərinə üz tutur.

 

     

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmiyada “Dalğa” jurnalının ilk sayı yayımlanıb

2020-05-04

gun az article

Dolu Güney Azərbaycan kənd təsərrüfatına 5 milyon dollardan çox ziyan vurub

2020-05-04

gun az article

Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

2020-05-04

gun az article

Həmədanda Azərbaycanın tarixi abidəsinin bərpası ləngidilir

2020-05-04

gun az article

Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə yenidən saxlanılıb

2020-05-04

gun az article

Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb

2020-05-04

gun az article

Yaşayış evində partlayış: Bir nəfər xəsarət alıb

2020-05-03

gun az article

Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var

2020-05-03

gun az article

Qoşaçayda koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-05-03

gun az article

“İranın təhsil sistemi və KİV-i türkcəni məhv edir”

2020-05-03

gun az article

Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-05-03

gun az article

Həbsdə saxlanılan güney azərbaycanlı milli fəalla sosial şəbəkədə dəstək

2020-05-03

gun az article

Ərdəbil valisi: “Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirusdan ölür”

2020-05-02

gun az article

Maku şəhərinin “Sarı Su” sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman və tibbi ləvazimatlar gətirilib

2020-05-02

gun az article

Təbrizin Sərdəri məntəqsində qaz balonun partlaması 42 yaşlı bir kişinin ölümünə yol açıb

2020-05-02

gun az article

Mərənd-Culfa magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

2020-05-02

gun az article

“Şərqi Azərbaycanın turizm sənayesində çalışan 25 min nəfər işsiz qalmaq təhlükəsi ilə üz-üzə qalıb”

2020-05-02

gun az article

GünazTV May.01.2020: Azadlıq səsi: İranın Korona və Suriyə siyasəti

2020-05-01

gun az article

GünazTV May.01.2020-QADINCA: QADINCA: Şimali Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə bolşeviklər tərəfindən işğalı

2020-05-01

gun az article

GünazTV May.01.2020: İran Kosmik Agentliyi Urmu gölünün canlanmasını ümid edir

2020-05-01