Həmədanda Azərbaycanın tarixi abidəsinin bərpası ləngidilir

2020-05-04

GünAz TV: Güney Azərbaycanın Həmədan əyalətində yerləşən tarixi “Mir Fəttah Soyuducusu”nun dağılmasından bir il keçməsinə baxmayaraq abidənin bərpası gecikdirilir.

 

 

Qacar dövrünə aid olan tarixi abidə 2019-ci il mart ayında güclü yağıntılar nəticəsində dağılıb,  əsas hissəsi sıradan çıxıb.

 

 

Günbəz şəklində olan “Mir Fəttah Soyuducusu” uzun illər idi ki, baxımsız vəziyyətdəydi.

 

 

Həmədan əyalətinin Mədəni irs, Turizm və Əl Sənayesi Təşkilatının direktoru Əli Malmir hadisədən bir neçə gün sonra mətbuata verdiyi müsahibədə “bu tarixi abidənin bərpası Mədəni irs Təşkilatının cari ildə ilk bərpa planı olacaq” demişdi.

 

 

Lakin verilən vədlərdən bir il keçməsinə baxmayaraq, abidə hələ də bərpa olunmayıb.

 

 

İranın Mədəni irs, Turizm və Əl Sənayesi məsulları bərpa işlərinin ləngidilməsini ölkədə koronavirus pandemiyasının yayılmasına bağlayırlar.

 

 

Həmədan əyalətinin Məlayer məntəqəsinin Mədəni irs, Turizm və Əl Sənayesi Təşkilatının direktoru İbrahim Cəlili isə əyalət və ölkə məsullarını bərpa işləri üçün ən qısa zamanda vəsait ayırmağa çağıraraq qeyd edib ki, maddi vəsait ayrılsa abidənin bərpası işləri bu il tamamlana bilər.

 

 

Kərpicdən tikilən tarixi abidə 2001-ci il martın 15-də ölkənin milli siyahısında qeydə alınıb. Hündürlüyü 12 metr olan “Mir Fəttah Soyuducusu”nun iki qapısı var idi.

 

 

Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Fars bölgələrində isə bunun əksinə şahid oluruq. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmiyada “Dalğa” jurnalının ilk sayı yayımlanıb

2020-05-04

gun az article

Dolu Güney Azərbaycan kənd təsərrüfatına 5 milyon dollardan çox ziyan vurub

2020-05-04

gun az article

Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

2020-05-04

gun az article

Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə yenidən saxlanılıb

2020-05-04

gun az article

Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb

2020-05-04

gun az article

Yaşayış evində partlayış: Bir nəfər xəsarət alıb

2020-05-03

gun az article

Güney Azərbaycanda səhiyyə əməkdaşları işdən çıxarılıb

2020-05-03

gun az article

Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var

2020-05-03

gun az article

Qoşaçayda koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-05-03

gun az article

“İranın təhsil sistemi və KİV-i türkcəni məhv edir”

2020-05-03

gun az article

Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-05-03

gun az article

Həbsdə saxlanılan güney azərbaycanlı milli fəalla sosial şəbəkədə dəstək

2020-05-03

gun az article

Ərdəbil valisi: “Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirusdan ölür”

2020-05-02

gun az article

Maku şəhərinin “Sarı Su” sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman və tibbi ləvazimatlar gətirilib

2020-05-02

gun az article

Təbrizin Sərdəri məntəqsində qaz balonun partlaması 42 yaşlı bir kişinin ölümünə yol açıb

2020-05-02

gun az article

Mərənd-Culfa magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

2020-05-02

gun az article

“Şərqi Azərbaycanın turizm sənayesində çalışan 25 min nəfər işsiz qalmaq təhlükəsi ilə üz-üzə qalıb”

2020-05-02

gun az article

GünazTV May.01.2020: Azadlıq səsi: İranın Korona və Suriyə siyasəti

2020-05-01

gun az article

GünazTV May.01.2020-QADINCA: QADINCA: Şimali Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə bolşeviklər tərəfindən işğalı

2020-05-01

gun az article

GünazTV May.01.2020: İran Kosmik Agentliyi Urmu gölünün canlanmasını ümid edir

2020-05-01