“İranın təhsil sistemi və KİV-i türkcəni məhv edir”

2020-05-03

GünAz TV: “Məqbərətül-şüəra  Mədəniyyət Fondu”nun rəhbəri İranda türk dilinin məhv edilməsi istiqamətində sistemli olaraq aparılan siyasəti tənqid edərək təhsil sistemi və KİV-in qarışıq “Fazəri” dilinin yaranmasında və türkcənin məhv edilməsində əsas rolu oynadığını bildirib.

 

Cavad Novruzi may ayının 2-də İranın “Mərdomsalari” qəzetində dərc etdiyi “Türk Dil Qurumunun təsisinin zərurəti” başlıqlı məqalədə dil qurumu və tədqiqat mərkəzlərinin olmamasını, eləcə də dilin unudulmasını, ana dilin nəsildən-nəslə ötürülməsində xüsusiyyətlərinin tədricən dəyişməsini ( farsca və türkcənin qarışığı olan Fazeri deyilən  dilin formalaşması), yeni sözlərin yaradılmamasını dil üçün təhlükə hesab edərək, bunun ana dilinin funksionallığını itirməsinə və inkişaf etməməsinə səbəb olacağını yazıb.

 

Novruzi əlavə edib:

Dilin yeni nəslə ötürülməməsi və yeni söz ehtiyatları yaratma qabiliyyətinin itirilməsi uzun bir müddət ərzində onu ləhcəyə çevirə bilər, hətta tədricən ölümünə səbəb ola bilər. Məsələn, mazəni və giləki dilləri, daha çox şəhər yerlərində, son onilliklərdə ləhcə və dialekt halına gəlib və artıq linqvistik təriflərə görə onları dil adlandırmaq olmaz”.

 

 

Türk dilinin əriməsi və “Fazeri” dili fenomeninin yayılması son illərdə türkcəyə zərər vuran əsas səbəblərdən biridir."Fazeri dili" (farsca + türkcə) forma və məzmun baxımından təhrifə uğramış, farsca sözlər və fars dili qrammatikası ilə qarışmış türkcədir. Türkcə həddindən artıq fars dili ilə qarışması nəticəsində quruluşu, qaydası və dinamizmi olmayan bir dil halına gəlib. Fazeri fenomeninin, xüsusən də böyük şəhərlərə köç edən əhali arasında yayılması Azərbaycan türkcəsi qarşısında ən böyük təhlükə. Bu məsələ dili daxilən çökdürür,  tədricən unudulmasına və dominant (fars) dil ilə əvəz olunmasına sövq edir.

 

 

Novruzinin fikrincə, bu mənfi məsələdə əsas rol oynayan iki amil var: Birincisi, media, ikincisi isə İranın təhsil sistemi.

 

 

O, İranda türk dilini qorumaq və gücləndirmək üçün  “Türk Dil və ədəbiyyatı Qurumu”nun təsisinin zəruri olduğunu yazıb.

 

 

Qeyd edək ki, 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani azərbaycanlılara Azərbaycan Dili və Ədəbiyyatı Qurumunun yaradılacağını vəd etmişdi. Lakin 2014-cü ildə o, dil qurumunun əvəzinə “Azərbaycan Mədəniyyəti və İncəsənəti Fondu”nun yaradılacağını elan edərək vədini yerinə yetirmədi.

 

 

Xatırladaq ki, İranda Fars dili və ədəbiyyatı üçün belə bir qurum çoxdan mövcuddur.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmiyada “Dalğa” jurnalının ilk sayı yayımlanıb

2020-05-04

gun az article

Dolu Güney Azərbaycan kənd təsərrüfatına 5 milyon dollardan çox ziyan vurub

2020-05-04

gun az article

Azərbaycanın yoxsul tələbələri hesabına Tehran müdirlərinə hədiyyə

2020-05-04

gun az article

Həmədanda Azərbaycanın tarixi abidəsinin bərpası ləngidilir

2020-05-04

gun az article

Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə yenidən saxlanılıb

2020-05-04

gun az article

Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 382 nəfərə çatıb

2020-05-04

gun az article

Yaşayış evində partlayış: Bir nəfər xəsarət alıb

2020-05-03

gun az article

Güney Azərbaycanda səhiyyə əməkdaşları işdən çıxarılıb

2020-05-03

gun az article

Meşginşəhrdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanlar var

2020-05-03

gun az article

Qoşaçayda koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-05-03

gun az article

Qərbi Azərbaycanda 72 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-05-03

gun az article

Həbsdə saxlanılan güney azərbaycanlı milli fəalla sosial şəbəkədə dəstək

2020-05-03

gun az article

Ərdəbil valisi: “Ərdəbil əyalətində hər gün 4-5 nəfər koronavirusdan ölür”

2020-05-02

gun az article

Maku şəhərinin “Sarı Su” sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman və tibbi ləvazimatlar gətirilib

2020-05-02

gun az article

Təbrizin Sərdəri məntəqsində qaz balonun partlaması 42 yaşlı bir kişinin ölümünə yol açıb

2020-05-02

gun az article

Mərənd-Culfa magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

2020-05-02

gun az article

“Şərqi Azərbaycanın turizm sənayesində çalışan 25 min nəfər işsiz qalmaq təhlükəsi ilə üz-üzə qalıb”

2020-05-02

gun az article

GünazTV May.01.2020: Azadlıq səsi: İranın Korona və Suriyə siyasəti

2020-05-01

gun az article

GünazTV May.01.2020-QADINCA: QADINCA: Şimali Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə bolşeviklər tərəfindən işğalı

2020-05-01

gun az article

GünazTV May.01.2020: İran Kosmik Agentliyi Urmu gölünün canlanmasını ümid edir

2020-05-01