Məşhur uyğur yazar Çində qapalı düşərgədə ölüb

2019-06-20

GünAz TV: Çinin Xincan bölgəsində qapalı konsentrasiya düşərgəsində saxlanılan tanınmış uyğur yazarı Nurməhəmməd Tohti vəfat edib. Bu barədə xəbəri "VOA"ya onun ailə üzvləri bildiriblər.

 

Uyğurların yaşadığı Xincan bölgəsində tanınmış yazar olan Tohti keçən il dövlət rəsmiləri tərəfindən evindən aparılmış və "maarifləndirilmək" üçün qapalı nəzarət düşərgəsinə salınmışdı, məlumatı onun Kanadada sürgündə yaşayan ailə üzvləri veriblər.

 

Tohtinin nəvəsi Berna İlçi babasının hansı şərtlər daxilində öldüyünü bilmədiklərini deyib.

 

"Biz bu həftə babamın sosial mediada yayılan ölüm xəbərinin doğru olub-olmadığını öyrənmək üçün nənəmə zəng vurduq. Nənəm dedi ki, o, 11 gün əvvəl rəhmətə gedib", - Berna açıqlamasında deyib və əlavə edib ki, bilmirlər babası işgəncə ilə öldürülüb, yoxsa qapalı düşərgədə olarkən vaxtlı-vaxtında tibbi yardım göstərilmədiyinə görə dünyasını dəyişib.

 

"Həqiqət budur ki, onlar 70 yaşlı diabet və ürək xəstəliyi olan adamı qapalı düşərgəyə salıblar və bunu inkar edə bilməzlər", - Berna deyib.

 

Qeyd edək ki, Nurməhəmməd Tohti Çində qapalı nəzarət düşərgəsinə salınan uyğur türkü olan ilk intelektual deyil. İnsan haqları təşkilatlarının hesabatlarına görə, yüzlərlə uyğur jurnalist, tələbə və intellektual zorla Çinin dövlət nəzarətində olan qapalı konsentrasiya düşərgələrinə salınıblar. Ekspertlər bunu Çinin zorakı assimilyasiya siyasəti kimi görürlər.

 

Mənbə: Bilgə.az

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İtaliya hökuməti iyunun 3-dən digər ölkələrə səfərlərə icazə verməyi planlaşdırır

2020-05-16

gun az article

Tramp Amerikada koronavirusdan ölənlərin sayının 100 min olacağını ehtimal edib

2020-05-02

gun az article

Pakistan parlamentinin sədri koronavirusa yoluxub

2020-05-02

gun az article

Kim Çen In 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

2020-05-02

gun az article

GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

2020-02-24

gun az article

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

2020-01-30

gun az article

KİV: Kim Çen In Donald Trampı KXDR-ə dəvət edib

2019-09-16

gun az article

Telegraph: "Mey Brexit razılaşması və parlamentarilər üzərində nəzarəti itirib"

2019-03-14

gun az article

İran-Azərbaycan sərhədində atışma: 1 hərbçimiz həyatını itirib

2019-03-10

gun az article

DTX-dan Fəxrəddin Abbasov barədə açıqlama: Azərbaycanda saxlanılıb

2019-03-02

gun az article

KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

2019-02-20

gun az article

“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir

2019-01-24

gun az article

RİA "Novosti”: Çinin Pakistanın Kəraçi şəhərindəki konsulluğuna hücum edilib, ölənlər var - VİDEO

2018-11-23

gun az article

“Yeni Şafak”: Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçu Türkiyəyə keçdi

2018-09-06

gun az article

“The Washington Times”: 5 səbəbə görə Azərbaycana getmək mütləq lazımdır

2018-01-19

gun az article

“Welt” qəzeti: Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək

2018-01-18